• şənbə, 20 Aprel, 01:32
  • Baku Bakı 15°C

Ermənistanın Avrasiya İttifaqına qoşulması tam rəsmiləşdi

10.12.14 13:12 829
Ermənistanın Avrasiya İttifaqına qoşulması tam rəsmiləşdi
Rusiya Dövlət Duması Ermənistanın Avrasiya İttifaqına qoşulması ilə bağlı müqaviləni ratifikasiya edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Dumanın MDB işləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədri Leonid Slutski Ermənistanın Avrasiya İttifaqına qoşulması istiqmətində maksimum iradə göstərdiyini bildirib. O, bu qərarı Avrasiya İttifaqının formalaşmasında önəmli addım kimi qiymətləndirdiyini söyləyib.
Qeyd edək ki, Avrasiya İttifaqına üzv dövlətlər (Rusiya, Qazaxıstan və Belarus) müvafiq müqaviləni təsdiqlədikdən sonra Ermənistan bu qurumun tamhüquqlu üzvü sayılacaq.
banner

Oxşar Xəbərlər