• cümə axşamı, 18 aprel, 22:13
  • Baku Bakı 21°C

Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması tələb edilir

07.10.19 19:31 1099
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması tələb edilir
Avrasiya İqtisadi İttifaqının (Aİİ) Yerevanda keçirilən sammiti, onun yekunları ilə bağlı erməni mediasında dərc olunan tənqidi məqalələrin sayı-hesabı yoxdur. Əsas tezis də ondan ibarətdir ki, quruma üzvlük Ermənistana heç bir halda yaxşı nəsə vəd etmir və nə qədər tez bu qurumu tərk etsələr, bir o qədər yaxşıdır. Xüsusilə də, baş nazir Nikol Paşinyanın vaxtilə bu quruma qarşı çıxdığı qabardılır. Nikola qarşı sərt mövqeyi ilə seçilən, Rusiyaya qarşı barışmaz mövqe ortaya qoyan "1in.am” portalı bu mənada xüsusi canfəşanlıq göstərir. İnqilabdan əvvəl Paşinyanı ciddi şəkildə müdafiə edən sayt indi ən pis formada onu aşağılamaqdadır. "Ermənistana zorla qəbul olunduğu Avrasiya İqtisadi İttifaqı keçmiş rejimin qalığıdır”, - deyə portalda dərc olunan məqalədə vurğulanır. Müəllif yazır ki, gündəmi əks etdirməyəm bu üzvlük böyük mənada Ermənistanın slavyan-müsəlman avtoritar mədəniyyətinə inteqrasiyasına gətirib çıxara bilər. "Bu quruma üzvlük nəinki bizim arzularımızla, inqilabın gündəliyi ilə, eləcə də proseslərin paradiqması ilə üst-üstə düşmür” - deyə məqalədə bildirilir.
Siyasi partiya liderləri də Rusiyaya qarşı tənqidlərinin sayını artırıblar. "Ruslar bizi satmağa cəhd edəcəklər”. Bunu "Lragir.am”a müsahibəsində Ermənistan Xristian Demokratik Partiyasının sədri Levon Şirinyan deyib. "Suverenlik kursu nə qədər artıq olsa, ləyaqət də o qədər çox olacaq. Ona görə də Putinin Paşinyanı Rusiyaya dəvət etməsinə təəccüblənmək gərək deyil. İran prezidentinin bizə keçid təqdim etməyə hazır olması barədə bəyanatı Rusiyadakı dəyərimizi artırıb. Biz gərək İranla dəmir yolunun işə düşməsinə nail olaq, çünki Rusiya ilə bizi birləşdirən Lars yolu yetərli deyil. Mümkün olduğu qədər bütün dövrlərdə Rusiyadan asılılığımızı azaltmalıyıq”, – deyə o bildirib.
Yeri gəlmişkən, Qərb mediası yazır ki, Ermənistan Rusiyanın başçılıq etdiyi xarici siyasət trayektoriyasından kənara çıxarsa, Rusiyadakı erməni miqrantların sərt rəftarla üzləşə biləcəyi əndişələri vardı. Bunu "New Eastern Europe” portalında Aram Terzyanyazır. Müəllif bildirir ki, "məxməri inqilab”dan sonra Ermənistanın Rusiyaya sarsılmaz sədaqətini niyə yenidən nəzərdən keçirməməsi qızğın siyasi müzakirələrə yol açıb: "Amma ortada "qızılgül inqilabı”ndan sonrakı Gürcüstan təcrübəsi var. O zaman ölkənin Avropaya fundamental yaxınlaşması yolundakı əngəllər Rusiyanın təsirindən çıxmağın əzablı çətinliklərinə işıq salır. Onda Kreml nəinki Gürcüstana qarşı iqtisadi sanksiyalara, siyasi cəza tədbirlərinə əl atdı, həmçinin Rusiyadakı gürcü icmasıyla pis rəftar olundu. Ermənistanda 2018-ci ilin mayında müxalifət lideriNikol Paşinyandinc küçə etirazları nəticəsində hakimiyyətə gəldi, 10 ildən çox ölkəni idarə etmişSerj Sarkisyanbaş nazir postundan getməyə məcbur oldu”. Məqalədə deyilir ki, Ermənistandan kənardakı ermənilərin böyük hissəsi Rusiyada yaşayır. Bu ölkədə 2,5 milyon erməni olduğu qeyd edilir. Müxtəlif hesablamalara görə, Ermənistandan Rusiyaya pul göndərişləri bu ölkənin ÜDM-nin 10 faizindən artığını təşkil edir: "Rusiyadakı güclü erməni maqnatların Ermənistanda iqtisadi mövcudluğu genişləndirməkdən ötrü Rusiyanın təzyiqinə məruz qalmasının əlamətləri görünür. Məqsəd Kremlin Ermənistan iqtisadiyyatına təsirini artırmaqdır. Ermənistanda doğulmuş milyarder Samvel Karapetyanın bu ölkədə iqtisadi iştirakını gücləndirməsi də Rusiyanın siyasətinə bağlı ola bilər. Karapetyanın "Tashir Group”u 2015-ci ildə Ermənistanın elektrikpaylayıcı şəbəkəsini alıb. 2017-ci ildə isə Ermənistan hökuməti elan etdi ki, milli elektrik paylayıcı şirkət də "Tashir” tərəfindən idarə olunacaq”.
Müəllif Ermənistan rəhbərliyinin və Rusiyadakı ermənilərin "gürcü dərsi”ndən yaxşı nəticə çıxardığını qeyd edir. 2006-cı ilin oktyabr-noyabrında "qanunsuz miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə” adı altında Rusiyada minlərlə gürcü saxlandı, onların 2300 nəfəri qovuldu. Bu şəxslərin içində Rusiyada qanuni yaşayan gürcüstanlılar da vardı. Bu kampaniya Gürcüstanın Rusiyayla münasibətlərinə yenidən baxmaq, ölkəni Moskvanın avtoritar təzyiqindən çəkib çıxartmaq cəhdləri ilə eyni vaxta düşürdü. Müəllif Rusiyanın Ermənistanda vətəndaş cəmiyyəti fəallığına, Yerevanın Aİ ilə tərəfdaşlıq razılaşmasına qarşı kampaniya apardığını yada salır."Bəzi təbliğatçılar Ermənistanın davranışını başqa kişiylə eşqbazlığa başlayan xəyanətkar arvadla müqayisə edirdilər. Əslində isə bu bəyanatların məqsədi Ermənistana təzyiq göstərmək idi”,– yazan müəllif Rusiya hökumətinin ölkədə nifrət cinayətləri ilə mübarizədə effektiv nəticələr ortaya qoymadığını vurğulayır. "Rusiyadakı ermənilər də bu nifrət qarşısında özlərini təhlükəsiz saymırlar... Bütün bunlar Ermənistan hökumətini Rusiyanı qəzəbləndirməkdən çəkinməyə sövq edir. Elə təəccüblü deyil ki, Paşinyan da "qırmızı xətt”i keçmədi, hökumətin başına keçən kimi ölkəsinin Rusiyaya sədaqətini təsdiqlədi”,– deyə məqalədə deyilir.
Yeri gəlmişkən, erməni mediası Putinin Ermənistana səfəri və N.Paşinyanın hərəkətlərini kəskin tənqid etməkdədir. Məsələn, 7or.aminternet portalı yazır ki, Paşinyan sammit zamanı özünü qəribə aparıb və Putinlə əməlli-başlı macara yaşayıb. "Nikolun Koçaryanla Putinin görüşünə qədər və ondan əvvəlki ağlasığmaz macəraları haqda”ironik başlıqlı məqalədə deyilir ki, "Paşinyan sammit zamanı əvvəlcədən Putinlə ayrıca görüş planlaşdırmışdı. Lakin görüşdə nədən danışılacağı məlum olmadığına görə Putinin protokol xidməti onu qrafikə daxil etmədi. Putin Ermənistana ayaq basan kimi Paşinyan protokol qaydalarını kobud şəkildə pozdu-onu nə aeroportda, nə də prezident kortejinin gəldiyi iqamətgahın qarşısında qarşılamadı. Paşinyan Putinə bu cür soyuq qarşılama mərasimi təşkil etsə də, onunla ikilikdə görüşə nail olmaq istəyirdi”.


Azər
banner

Oxşar Xəbərlər