• cümə, 29 Mart, 18:12
  • Baku Bakı 14°C

Ermənistanın 27 ilik formal “müstəqilliyi” və “qazancı”

21.09.18 17:44 569
Ermənistanın 27 ilik formal “müstəqilliyi” və “qazancı”
Forpost ölkədə neçə gündür ki, sözdə müstəqilliyin 27 illiyi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bu illər ərzində əldə olunan. Lakin ölkə ilə bağlı azca da olsa məlumatı olanlar gözəl bilir ki, hərbi xuntanın hansısa bir müstəqillikdən danışmasına dəyməz. Ən başlıcası, erməni hakimiyyəti və onun əsirinə çevrilmiş xalq nədən danışsa da, hər halda, müstəqillikdən danışmağa haqqı yoxdur. 27 ilin ilk illərindən Rusiyanın boyunduruğu altına girən ölkənin, bu müddətdə əldə etdiyi yeganə qazanc "forpost ölkə” damğası oldu. Ermənistan bu illər ərzində tamamilə Rusiyanın idarəçiliyi altına keçdi – strateji müəssisələrindən tutmuş, sərhədlərinin mühafizəsinə qədər. Rusiyanın yaxından dəstəyi ilə birinci Dağlıq Qarabağ müharibəsində müvəqqəti qələbə əldə edilsə də, ölkənin itirdikləri qazandıqlarından çox oldu. İşğalçı siyasəti nəticəsində ölkə hər tərəfdən təcrid olundu, əhali ağlasığmaz əziyyətlərə düçar oldu. Nəticədə əhalisinin böyük bir qismi bir tikə çörək qazanmaq ümidi ilə ölkəni tərk edərək, ətraf ölkələrə səpələndi. 27 il ərzində Ermənistanın "qazancı” sırasında rüşvətxorluq və korrupsiyanın xüsusi yeri var. Korrupsiya illər uzunu Ermənistanda sosial gərginlik yaradıb, gizli iqtisadiyyatın gündən-günə "çiçəklənməsi” ölkə vətəndaşlarını dilənçi vəziyyətinə gətirib çıxarıb. Respublikada yoxsulluğun səviyyəsi dəhşətli həddə çatıb. Ermənistanda iqtisadiyyatın real dövriyyəsi ilə müqayisədə, vergi yığımının da səviyyəsi acınacaqlı hala düşüb. Belə vəziyyət isə heç Afrika ölkələrində də yoxdur. Hətta Ermənistanın Statistika Xidmətinin rəsmi məlumatına görə, sənaye və kənd təsərrüfatı sahələri tamamilə çöküb. İqtisadi geriləmə biznes mühitinə də zərər vurub. Əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən doqquzu pis vəziyyətdə yaşamağa başlayıb. Təkcə son 10 ildə 300 mindən çox vətəndaş və ya əhalinin 10 faizi ölkəni birdəfəlik tərk edib. Yoxsulluq həddində yaşayan vətəndaşların sayı isə 30 faizədək yüksəlib. Xarici borc 4 dəfə artaraq, ümumi daxili məhsulun 60 faizi səviyyəsinə - ən təhlükəli həddə çatıb. Hər il Ermənistanda 200-dən çox insan ağır həyat şəraiti səbəbindən intihar edir. Bu, ölkənin təxminən bir kəndinin əhalisi qədərdir. Daha bir maraqlı məqam odur ki, siyasi gərginlik və sosial problemlər Ermənistanı kriminal ölkəyə çevirib. İqtisadi vəziyyətlə yanaşı, siyasi vəziyyət də durmadan ağırlaşır. Ermənistanda sahibkarlığın inkişafından söhbət belə gedə bilməz.
Ermənistanda korrupsiya, dövlət əmlakını mənimsəmə o həddə çatıb ki, hətta dövlət büdcəsindən iqtisadiyyatın ayrı-ayrı sahələrinə, eləcə də kənd təsərrüfatına maliyyə yardımı ayırmaq müşkül məsələyə dönüb.
Bu illər ərzində Ermənistan, siyasi tarixində ən ləkəli günlərdən biri olan 1999-cu ilin 27 oktyabrını yaşadı. Özü də ən dəhşətlisi o idi ki, həmin tarixdə Ermənistan parlamentində törədilən terror aktı birbaşa siyasi rəhbərlərin sifarişi ilə həyata keçirilmişdi. 1999-cu ilin 27 oktyabrında Ermənistanın maliyyə naziri Levon Barxudaryan tribunada çıxış edərkən silahlı şəxslər parlamentə girdi. Terrorçular baş nazir Vazgen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçyan və 6 deputatı güllələdilər. Terror aktını törədənlər Karen və Nairi Hunanyan qardaşlarının rəhbərlik etdiyi qruplaşma idi. Şahidlərin sözlərinə görə, onlar baş naziri öldürərkən " bəsdir, bizim qanımızı içdin”, deyib və onu güllələyib.
Həmin hadisələrin birbaşa şahidi olmuş və sonradan hakimiyyət nümayəndələrinin sifarişi ilə qətlə yetirilən jurnalist Tiqran Nağdalyan yazırdı: "Onlar içəri girərkən atəş açmağa başladılar. Biz baxanda baş nazir Vazgen Sarkisyan və parlamentin spikeri Karen Dəmirçyan yerə uzanmışdı. Onlar dərhal ölmüşdü. Daha sonra Milli Məclisin sədr müavinləri Yuri Baxşyan və Ruben Miroyan, əməliyyat məsələləri üzrə nazir Leonard Petrosyan, millət vəkili Armen Armenakyan və Ermənistan Milli Elmlər Akademiyasının akademiki Mikael Kotanyan da öldürüldü. Daha bir deputat, "Hayastan” qəzetinin redaksiya sədri Henrix Abramyan isə terrorçular parlamentə girən zaman ürək tutmasından ölmüşdü”. Ermənistanın"media.am”saytı parlamentdə törədilən terror aktının arxasında məhz Ermənistan rəhbərliyinin dayandığını yazmışdı. Saytın yaydığı materiala görə, bu hadisəni araşdırmağa çalışan jurnalistlərin sonu ölüm idi. Ermənistanın "politik.am” saytı jurnalist Tiqran Nağdalyanın məhz bu terror aktının canlı şahidi olduğu üçün öldürüldüyünü yazıb. Saytın yazdığına görə, həmin hadisələr zamanı T.Nağdalyanın çəkdiyi kadrlar onun məhkəməyə çağırılmasına səbəb olub.
27 ildə Ermənistanın üzləşdiyi ən böyük rüsvayçılıqlardan biri də, sözsüz ki, 2008-ci il gülləboranıdır. Həmin gün baş verən qanlı toqquşmada 10 dinc sakin öldürülüb, 200 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 100 nəfər isə həbs edilib. Məhz 2008-ci ildən sonra bu ölkənin fəlakətləri daha da gücləndi. Həmin ilin martında hakimiyyəti zorla ələ keçirən cinayətkar S.Sarkisyan hökuməti bu müddətdə Ermənistanı tamamilə iflasa uğradıb və təcrid vəziyyətinə salıb. Ermənistanda mart hadisələri günahkarlarının cəzasız qalması ölkəni cinayətkar dəstənin idarə etməsinin sübutu kimi dəyərləndirilir.
Bu illər ərzində əhali inanırdı ki, düşdükləri mövcud vəziyyətin baiskarı Sarkisyan rejimidir və bu səbəbdən də çıxış yolunu onu devirməkdə görürdülər. Lakin bu gözləntiləri də puç oldu. Belə ki, inqilab yolu ilə ölkə rəhbərliyinə gətirilən Nikol Paşinyan ilk gündən populist bəyanatlar verməyə üstünlük verir, səriştəsizliyini ortaya qoyur. Artıq erməni xalqı da anlayır ki, Nikol Paşinyan hakimiyyəti ölkənin inkişafı üçün heç nə edə bilməyəcək.
Beləliklə, ölkənin formal olaraq keçirdiyi "müstəqillik” bayramı gözə kül üfürməkdən başqa bir şey deyil. Və hətta bayramlarını da icazə almadan qeyd edə bilmirlər.

Azər
banner

Oxşar Xəbərlər