• çərşənbə axşamı, 19 mart, 11:29
  • Baku Bakı 8°C

Ermənistanı NATO-nun təlimlərindən imtinaya vadar edən səbəb

06.09.17 10:00 1046
Ermənistanı NATO-nun təlimlərindən imtinaya vadar edən səbəb
Bir müddət öncə NATO-nun təşkilatçılığı ilə Gürcüstanda bir sıra ölkələrin birgə hərbi təlimi keçirildi. Bu təlimlərdə nə qədər gözlənilməz olsa da, Ermənistan da iştirak edirdi. NATO bu təlimlərin vacibliyini vurğulayaraq, yenidən birgə təlimlərin keçirilməsinə qərar verib. Ermənistan bu təlimlərdə iştirak edəcəyini bəyan etsə də, son anda imtina etdi. Təlimlərdə imtina Ermənistanın həqiqətən forpost ölkə olmasından irəli gəlir, yoxsa burada başqa məqamlar var?

Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, Ermənistanın NATO-nun təqribən bir ay öncə Gürcüstanda keçirilən təlimlərə qatılmasında və indikindən vaz keçməsində təəccüblü heç nə yoxdur: "Forpostu təlimlərə qatıldıqda Rusiya bundan incimədiyi kimi, daha qatılmaq istəməməsindən NATO-dakılar da inciyən deyil. Beynəlxalq subyekt olmayan, obyekt, yəni alət kimi faydalanılan birisindən kimsə inciməz. Bu alətliyin başqa adı da var. Üzürlü sayın, ancaq Ermənistana yanaşmanı və oynadığı rolu onun qədər dəqiq çatdıracaq bir kəlmə olmadığından deməliyəm: böyük güclər üçün Hayastan bir növ özünü satan qadındır. Hazırda dünyada ən çox tanınan "yan"ın porno ulduz Kim Kardaşyan olması, onun hayların və haylığın rəmzinə çevirilməsi də dediklərimizin təsdqi deyilmi? Özünü satan qadın isə bilindiyi kimi bir gün birinin yatağında olar, başqa gün o birisinin. Bəzən ondan başqa məqsədlə də faydalanırlar-informasiya əldə etmək üçün.Rusiyanın Ermənistanı NATO-nun iyulun 31-də Gürcüstanda start verilən "Ləyaqətli Tərəfdaş" adı daşıyan təlimlərinə buraxmaqda məqsədi də elə oradan dəqiq informasiya əldə etmək ola bilərdi. Həmin təlimlərdə Rusiyanı maraqlandıran bir sıra məsələlər vardı ki, onları haylar qədər içdən öyrənib nöqtəsinədək çatdıran kim olacaqdı? Yəni fikrimcə, Ermənistan hərbiçiləri həmin təlimlərdə NATO-nun bir parçası yox, Rusiyanın görən gözü və eşidən qulağı kimi çıxış edirdilər. Təbii ki, NATO-da da bunu gözəl bilirdilər”.

S.Alıyev qeyd etdi ki, qərbdəkilər ləyaqətsiz birisini "Ləyaqətli Tərəfdaş" adı daşıyan təlimlərə dəvət etməklə onu özlərininki saydıqlarını göstərirdilər: "Onu göstərirdilər ki, hayların hazırda Rusiya üçün oynadıqları rolu gələcəkdə onlar üçün də oynamalarını arzulayırlar.Moskvanın Ermənistanı yenə həmin Gürcüstanda keçirilən və bu dəfə isə "Azad Ruh" adı daşıyan yeni NATO təlimlərinə buraxmamasına gəldikdə isə bununla göstərmək istəyir ki, birincisi, forpostda azad ruh ola bilməz. İkincisi, qərbdəkilərin planlaşdırdıqları o "gələcək" gəlməyəcək. Həm də başqa bir məsələ də var. Bir çox tərəfdaşları Rusiyadan soruşa bilərdilər və yəqin soruşublar da ki, öz forpostunun NATO ilə sıx əməkdaşlığına göz yumub, digərlərinin bu yöndə atdığı addımlara qıcıqlı yanaşma sərgiləmək nə dərəcədə doğrudur və necə anlaşılmalıdır?”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistanın Gürcüstanda ötən həftə start götürən çoxmillətli "Agile Spirit 2017” çoxmillətli hərbi təlimlərdə iştirakdan son anda imtinasının arxasında açıq-aşkar Rusiyanın tələbi dayanır: "Ermənistan silahlı qüvvələrinin nümayəndələri Tbilisidəki tədbirin açılışı mərasiminə qatılmadılar. Halbuki, Ermənistan bu təlimlərdə iştirakını əvvəlcədən təsdiq etmişdi. Ermənistanın bayrağı iştirakçı dövlətlər arasında idi. Demək qatılmamaq qərarı İrəvanda verilməyib və buna məcbur ediliblər.Maraqlıdır ki, NATO-nun hərbi təlimlərə qatılmamaq qərarını Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ohanesyan əvvəlcə şərh verməkdən imtina etdi. Ancaq bir neçə gün sonra Ermənistanın müdafiə naziri Artaj Zakaryanın dili ilə bəyan etdilər ki, guya planlarının dəyişməsində heç bir siyasi səbəb yoxdur. Siyasi səbəb yoxdursa, İrəvan hərbi təlimlərdən niyə imtina edib? Axı İrəvanın NATO-nun Gürcüstandakı hərbi təlimlərdə iştirakına dair əvvəlcədən razılığı olub.Prosesə Kremlı qarışıb. Ermənistan bundan əvvəl NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirak etmişdi. Çünki Ermənistan tamamən Rusiyadan asılı olduğundan bu ölkənin maraqlarına zidd addım atmaz. NATO-nun ikinci təlimlərinə isə Kreml icazə vermədi. Moskva bu dəfə İrəvana qadağan etdi”.

E.Şahinoğlu vurğuladı ki, böyük ehtimalla Putin Sarkisyanı NATO təlimlərində iştirakdan imtinaya çağırıb, əks halda bunun Ermənistan üçün hansı ağır nəticələrinin olacağını diplomatik dildə erməni həmkarına izah edib: "Sarkisyan da məcbur qalıb NATO təlimlərindən imtina qərarını verib. Əks halda Moskva Sarkisyanı cəzalandıra bilərdi. Ermənistanda gələn il prezidentin funksiyaları baş nazirə keçməlidir və Sarkisyan prezident kreslosunu baş nazir kreslosuna dəyişmək istəyir. Sarkisyan özünü yaxşı aparmasa, Moskva ona yox, elə indiki baş nazir Karen Karapetyana üstünlük verə bilər. Karapetyan Ermənistan hakimiyyətində birinci olmasın deyə, Sarkisyan NATO-nun təlimlərinin yerinə ənənəvi olaraq Rusiya ilə birgə hərbi təlimlərə qatılacağını açıqlayıb”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər