• cümə, 29 Mart, 10:08
  • Baku Bakı 5°C

Ermənistanı gözləyən təhlükəli ssenari

19.10.18 18:07 519
Ermənistanı gözləyən təhlükəli ssenari
Ermənistanda yaşanan xaotik, gərginlik artıq cəmiyyətdə pessimist əhval-ruhiyyəni gücləndirməkdədir. Beş aylıq idarəçiliyi dövrünü əsasən özünün piarına sərf edən baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan hələ ki reytinqinin pik həddini yaşasa da, onu gözləyən problemlər qabaqdadır. Müşahidəçilərin gəldiyi qənaət bundan ibarətdir ki, Paşinyanın istefası demokratiya adına atılan addım deyil və məqsəd baş vermiş çevrilişi seçki yolu ilə legitimləşdirməkdir. Bütün bunların fonunda ara-sıra etirazlar artıq baş qaldırır. İnsanlar əmək haqlarının artırılması, qapadılan müəssisələrin açılmasını tələb edirlər. Dünən Alaverdi misəritmə kombinatının işçiləri etiraza qalxıblar. Onlar avtomobil və dəmir yolunu bağlayaraq fəaliyyəti dayanan müəssisənin işə salınmasını tələb ediblər. Problemin həli ilə bağlı şikayətçilər kombinatın rəhbəri və baş nazirin müavini ilə görüşsələr də, heç bir nəticə əldə olunmayıb. Sünik vilayətinin sakinləri də etiraz aksiyalarına başlayıblar. Əhali vilayətin yeni rəhbəri Hunan Poqosyanın istefasını tələb edir. Etirazçılar dövlətlərarası yolu bağlayaraq, istefa çağırışları ediblər.
Qeyd edək ki, sabiq polis rəisinin müavini olmuş Hunan Poqosyan Sünik vilayətinə üç gün əvvəl-oktyabrın 16-da rəhbər təyin edilib.
Siyasi şərhçi Arçrun Pepanyan "1in.am” saytına müsahibəsində mövcud durumun mürəkkəb olduğunu bildirib və indiki Ermənistanı 2008-ci ilin martındakı Ermənistana bənzədib. Bəyan edir ki, bu təhlükə artıq realdır. "O zaman da insanlarda hər hansı bir islahatın aparılacağına ümid yox idi. Ümumi bir pessimizm hökm sürürdü. İndi vəziyyət belədir ki, zəruri addımlar atılmır. Ölkəmizin bir daha 2008-ci ilin martındakı Ermənistana çevrilməsinə yol vermək olmaz. Lakin belə bir təhlükə realdır”, - deyə ekspert bildirib. Onun sözlərinə görə, hələ də Ermənistanda mart hadisələrinin nədən baş verdiyi barədə dəqiq bir analiz, araşdırma mövcud deyil. Siyasi analitik əlavə edir ki, hazırda "inqilabçıların müqəddəslər siyahısına salınması” və yerdə qalanların ləkələnməsi prosesi gedir. Bu da əvvəlki sistemə qayıtma təhlükəsi yaradır. Onun qənaətincə, təhlükəsizliyi və inkişafı təmin edəcək bir dövlətin qurulmasının mənzərəsi mövcud deyil.
Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev isə "Vestnik Kafkaza”nın əməkdaşı ilə söhbətində bildirib ki, Paşinyanın anti-Rusiya fəallığını baş nazir seçildikdən sonra daha parlaq formada müşahidə etmək mümkün olacaq. Seçkilərdən sonra da gərginliyin artma ehtimalı güclüdür. Məsələn, Ermənilərin "İrates” qəzeti yazır ki, "Sasna çrer” silahlı qruplaşması qarşıdakı seçkilərdə həddən artıq sərt mövqedən çıxış edəcək. "Təşkilati məsələlərlə yanaşı, onlar sosioloji sorğular keçirirlər. Bu isə onu deməyə əsas verir ki, onlar ikinci siyasi qüvvədirlər və gələcək parlamentdə ciddi şəkildə təmsil olunacaqlar”, - deyə qəzet yazıb.
Keçmiş prezident Robert Koçaryan isə Nikol Paşinyanın başçılıq etdiyi siyasi komandanı "komediya klubu” adlandırıb: "Son vaxtlar bu "komediya klubu” Yerevanda bir sıra ölkələrlə əlaqələrimizi müzakirə edirlər. Çox maraqlı səhnə yaranıb. Onlar hələ indi nə baş verdiyini başa düşməyə başlayıblar. Buna görə çox gülməli şəkildə yumşalırlar”.
Baş nazirin səlahiyyətlərini icra edən Nkol Paşinyan isə əvvəlki erməni liderləri kimi dilənmə kampaniyasına başlayıb. O, soydaşlarını lideri olduğu siyasi təşkilat – "Vətəndaş müqaviləsi”ni müdafiə etməyə çağırıb. Facebookda yazdığı statusda Paşinyan onların maliyyə cəhətdən dəstəyinə ehtiyac duyduğunu söyləyib. Hətta xaricdəki erməniləri də onlayn formada bu kampaniyaya qoşulmağa çağırıb.
Məsələ ondadır ki, keçmiş iqtidar partiyası da geri çəkilmək niyyətində deyil. Dünən Ermənistanın keçmiş hakim Respublika Partiyası növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib. Məlumatı "Jamanak” ("Zaman”) qəzeti yayıb. "Respublika Partiyası parlamentdə azı 4-cü qüvvə olacaqlarına ümid edir”, - deyə nəşr yazıb. Qəzet partiya siyahısındakı ilk 5-lik barədə təxmini məlumat da əldə edib: "Siyahıya keçmiş müdafiə naziri Vigen Sarkisyan başçılıq edəcək. Sonrakı yerlərdə keçmiş ədliyyə naziri Arpine Ovannisyan, 1998-2007-ci illərdə ədliyyə naziri işləmiş David Arutyunyan, parlament sədrinin müavini Eduard Şarmazanov və keçmiş elm və təhsil naziri Armen Aşotyan gəlir”. Nəşr siyahıda Yerevanın keçmiş meri Taron Marqaryanın da yer alacağını ehtimal edir.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-10-da keçiriləcəyi gözlənilir. Oktyabrın sonunadək Ermənistan prezidenti Armen Sarkisyan seçkilərin keçiriləcəyi tarixi təyin edəcək.
Hazırda bütün diqqət isə oktyabrın 24-ə yönəlib. Həmin tarixdə Ermənistan parlamentindəyenibaş nazir seçkisi keçiriləcək.Bunu parlament aparatı rəhbərinin müavini Arsen Babayan bildirib. Onun sözlərinə görə, həmin gün qanunverici orqanın toplantısındayeni hökumət başçısını müəyyənləşdirmək üçün səsvermə olacaq.Ermənistan Konstitusiyasına əsasən, baş nazir və hökumət üzvləri istefa verdikdən 7 gün sonra parlamentdəki fraksiyalar bu posta yeni namizədlər irəli sürməlidir. Əgər səsvermədə yeni baş nazirseçilməzsə, o zaman 7 gündən sonra yeni seçki keçirilir. Baş nazir ikinci turda daseçilməzsə, parlament buraxılır. Ölkəni əsas qanununa görə, qanunverici orqanburaxıldıqdan 30 gündən tez, 45 gündən gec olmayaraq, növbədənkənar parlament seçkiləri keçirilir. Parlament buraxıldıqdan sonra Ermənistan prezidenti seçkilərin keçiriləcəyi günü təyin edir. Arsen Babayan bildirib ki, yeni parlamentin ilk iclasınadək buraxılan qanunverici orqan bütün səlahiyyətlərini saxlayaxcaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər