• cümə axşamı, 28 mart, 21:18
  • Baku Bakı 13°C

Ermənistanı etirazlar bürüyəcək

16.04.16 11:34 871
Ermənistanı etirazlar bürüyəcək
Cəbhə zonasında baş verən hadisələrdən sonra Ermənistan cəmiyyətində etiraz və narazılıqların baş qaldıracağı barədə proqnoz və ehtimallarımız düz çıxdı. “Ölkənin sahibləri” təşəbbüs qrupu aprelin 22-də prezident iqamətgahına kütləvi yürüş təşkil etmək qərarını verib. Erməni xəbər agentliklərinin məlumatına görə, erməni ordusunun son ciddi məğlubiyyəti cəmiyyətdə psixoloji ovqatı xeyli pisləşdirib.
Təşəbbüs qrupu yürüşlə bağlı tələbələrini də açıqlayıb. Onlar xarici işlər naziri Edvard Nalbandyanın və baş qərargah rəisi Yuri Xaçaturovun vəzifədən azad olunmasını tələb edirlər. Etiraz aksiyasının təşkilatçıları hesab edirlər ki, Qarabağdakı ciddi hərbi uğursuzluğun səbəbi onların yarıtmaz işi olub. Tələblərdə qeyd olunur ki, onlar Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinin əleyhinədirlər. Bundan başqa, etirazçılar erməni oliqarxlarından yeni hərbi texnologiyaların alınması üçün pul vermələrini tələb edirlər. Çox güman ki, növbəti aksiyada prezident Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyanın da istefası tələb ediləcək.
Erməni ordusunun cəbhə zonasında itkiləri barədə ən müxtəlif məlumatlar da cəmiyyəti şoka salmaqdadır. Ölən ermənilərin sayı barədə ziddiyyətli açıqlamalar verilir. Son rəsmi məlumatda ölən hərbçi sayının 92 olduğu deyilirdi. Lakin ermənilər etiraf edir ki, real ölü sayı 300-dən çoxdur. Düşmən ölkənin Müdafiə Nazirliyi isə hərbi qulluqçularla mülki şəxslərin ünsiyyətinə məhdudiyyət qoyub. Bu addımın hərbçilərin təhlükəsizliyi üçün atıldığını iddia edirlər. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi hərbçilər ilə mülkilər arasında telefonla və ya internet vasitəsilə hərbi xidmətlərlə bağlı məsələləri müzakirə etməməyə çağırıb. Bu barədə nazirliyin yaydığı videomüraciətdə deyilir. “Əmin olun ki, ilk fürsətdə özümüz sizinlə əlaqə saxlayacağıq” – deyə nazirliyin çağırışında virğulanır. Şübhəsiz ki, qorxu və həyəcan içərisində olan erməni tərəfinin belə bir addım atması itkiləri və orduda baş verən özbaşınalıqları xalqdan gizlətmək məqsədi daşıyır.
Yeri gəlmişkən, ölkədə antirusiya aksiyalarının keçiriləcəyi və həmin aksiyalarda ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasının tələb ediləcəyi anons edilir. Artıq ölkənin Aİİ-dən çıxması barədə qanun layihəsi də parlamentə daxil olub. Ermənistan Milli Məclisinin üzvü, Azad Demokratlar Partiyasının sədri Xaçatur Kokobelyan parlamentə “Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq prosesinə başlamaq haqqında” ərizə layihəsini təqdim edib. Sənədin müəllifi hesab edir ki, Ermənistanın sözügedən quruma üzvlüyü nəticəsində nə gözlənilən iqtisadi inkişaf, nə də ümid edilən təhlükəsizlik amilinin möhkəmlənməsi baş tutub. “Avrasiya İqtisadi İttifaqının yaradılması müqaviləsində bu qurumun sırf iqtisadi birlik olduğu qeyd olunur, lakin hərbi əməliyyatlar gedən günlərdə Aİİ-yə üzv ölkələr təşkilat şurasının Yerevanda nəzərdə tutulan iclasında iştirak etməkdən imtina edib, onun Moskvada keçirilməsini tələb etdilər. Yerevan iclasının ləğv edilməsi onunla izah olundu ki, onun hərbi əməliyyatlar fonunda keçirilməsi Azərbaycanın xətrinə dəyə bilər” – deyə Kokobelyanın ərizə layihəsində deyilir.
Sənəddə qeyd olunur ki, quruma daxil olduqdan sonrakı il ərzində Ermənistandan Rusiya Federasiyasına ixracatın həcmi 28,1 faiz, Belarusa – 41,9 və Qazaxıstana – 30,1 faiz azalıb. Bildirilir ki, Aİİ Ermənistanın təcrid edilməsinə və xarici investisiyaların azalmasına gətirib çıxarıb. Üzvlükdən təhlükəsizlik komponentinə də xeyir gəlməyib və bu, Ermənistanı təhlükəsizliyin təminatında alternativ imkanlardan məhrum edib.
Azər
banner

Oxşar Xəbərlər