• cümə, 29 Mart, 00:55
  • Baku Bakı 7°C

Ermənistanı bu cür böhranlar çox ciddi şəkildə silkələyəcək

23.04.18 10:45 640
Ermənistanı bu cür böhranlar çox ciddi şəkildə silkələyəcək
Bu günlərdə Ermənistanda baş verənlər ümumən Ermənistan dövlətinin 1991-ci ildə qurulduğu ərəfədə bünövrəsində buraxılmış çox ciddi səhvlərin nəticəsidir.
Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, bu səhvlər aradan qaldırılmayana qədər Ermənistanı bu cür böhranlar çox ciddi şəkildə silkələyəcək: "Bu proses Ermənistan üçün böyük faciələr gətirəcək. Ermənistanın qonşu dövlətlərə torpaq iddiası, sivil adı və orta əsrlər təfəkkürü ilə dövlət və cəmiyyət qurmaq siyasəti sonunda əhalinin köçməsinə, ölkənin digər xarici dövlətlərdəki qüvvələrin əlaltısına çevrilməsinə və cəmiyyətin öz hakimiyyətinə qarşı ciddi müqavimətinə gətirib çıxaracaq. Bu gün Yerevan küçələrinə çıxıb etiraz edənlər normal həyat tərzi yaşamaq istəyən gənclərdir. Onlar Ermənistanın Qarabağ iddiasını, Serj Sarkisyanın hakimiyyət həvəsini, erməni cəmiyyətinin müəyyən qüvvələrin alətinə çevrilməsini qəbul edə bilmirlər. Onlar qonşu dövlətlərlə normal münasibətdə yaşamaq, müharibəsiz həyat sürmək istəyirlər. Ermənistan gəncləri Qarabağ cinayətkarı, cani, Xocalı faciəsində əli qana batan Serj Sarkisyanın yenidən onlara rəhbərlik etməsini istəmirlər. Bu gün Ermənistanda polis tərəfindən təhdid edilən və Sarkisyan hakimiyyətinə qarşı etiraz edən böyük bir kütlə var. Onlar ömürlərini müharibəyə, səfalətə sərf etmək istəmirlər. Mən güman edirəm ki, Ermənistanda baş verənlər ilk növbədə Ermənistanın keçmiş ağır tarixi günlərindən xilas olmaq cəhdidir. Yerevan hadisələri göstərir ki, Ermənistanı bundan sonra köhnə qaydalarla, köhnə fəlsəfə, köhnə dövlətçilik təfəkkürü ilə idarə etmək mümkün olmayacaq".
banner

Oxşar Xəbərlər