Ermənistandan Tehrana gedən avtobus qəzaya uğrayıb

Ermənistandan Tehrana gedən avtobus qəzaya uğrayıb

Təfsilat
29 Yanvar 2020, 13:07 990
İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Ermənistandan Tehrana gedən avtobus qəzaya uğrayıb.
 
Bu barədə Trend IRNA-ya istinadən məlumat verib.
 
Məlumata görə, səhər saat 6:30-da Təbriz-Zəncan magistral yolunda Miyana rayonu ərazisində avtobus yük maşını ilə toqquşub.
Hadisə nəticəsində 14 nəfər yaralanıb, yaralılardan bəzisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.