• çərşənbə, 24 Aprel, 06:21
  • Baku Bakı 13°C

"Ermənistandan onun arxasında dayanan qüvvələr öz məqsədləri üçün ondan istifadə edirlər"

14.12.19 15:23 421
"Ermənistandan onun arxasında dayanan qüvvələr öz məqsədləri üçün ondan istifadə edirlər"
"Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər". Bu fikriSİA-ya Milli Məclisin deputatı Elman Məmmədov deyib. O bildirib ki, Ermənistan müstəqil dövlət olmadığı üçün onun arxasında dayanan qüvvələr öz məqsədləri üçün ondan istifadə edirlər. Onun sözlərinə görə, Azərbaycanın qlobal layihələrin təşəbüskarı və təşkilatçısı olması müəyyən dairələri narahat edir: "Buna görə də, həmin dairələr də ölkəmizə təzyiq etmək üçün Ermənistandan istifadə edirlər. Azərbaycan bir neçə istiqamətdə, xüsusilə enerji sahəsində Avropa ilə əməkdaşlıq edir. Bütün bunlar isə Ermənistanı və onun havadarlarını narahat edir. Bu səbəbdən də, işğalçı tərəf atəşkəsi pozur, cəbhədə təxribatlar törədir".
banner

Oxşar Xəbərlər