• cümə, 29 Mart, 03:49
  • Baku Bakı 7°C

Ermənistandakı seçkilərin nəticəsinə Lavrovdan münasibət: Hələ bəlli deyil

21.06.21 19:00 255
Ermənistandakı seçkilərin nəticəsinə Lavrovdan münasibət: Hələ bəlli deyil
Ermənistandakı seçkilərin nəticələrinin yeni şərtlərdə siyasi həyatın formalaşmasına necə təsir edəcəyi hələ bəlli deyil.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov təşkil etdiyi mətbuat konfransında deyib.
Lavrov qeyd edib ki, seçkilər yenicə baş tutub. "Hökumətin formalaşmasını gözləyək" deyən, Lavrov Rusiya tərəfinin müharibəyə son qoymuş üçtərəfli razılaşmaların işlək olmasından və bütün tərəflərin maraqlarına cavab verməsindən çıxış etdiyini bildirib: "Ən azından, müharibəni bitirən üçtərəfli müqavilənin (Azərbaycan, Rusiya və Ermənistan arasında) və eyni zamanda, üçtərəfli razılaşmanın olduğunu düşünürük. Bütün iqtisadi fəaliyyətlərin açıqlanmasının, blokadanın qaldırılmasının spesifik formaları barədə razılaşma prosesi işləyir və iştirak edən bütün tərəflərin maraqlarına cavab verir".
banner

Oxşar Xəbərlər