• çərşənbə axşamı, 19 mart, 08:42
  • Baku Bakı 8°C

Ermənistandakı hərbi hissələrdə külli miqdarda mənimsəmə faktları aşkarlanıb

21.06.18 14:08 840
Ermənistandakı hərbi hissələrdə külli miqdarda mənimsəmə faktları aşkarlanıb
Ermənistan Milli Təhlükəsizlik Bürosu bir neçə hərbi hissədə vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində külli miqdarda mənimsəmə halları aşkarlayıb.
APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, bir neçə hərbi hissənin komandirləri 2017-ci ilin dekabrından 2018-ci ilin iyununadək olan dövrdə yanacaq məhsullarını mənimsəyiblər.
Araşdırma zamanı məlum olub ki, yanacaq-sürtgü materialları xidmətinin rəisi hərbi hissələrin rəhbərliyi ilə razılığa gələrək qanunsuz fəaliyyətlə məşğul olub. Başqa sözlə, tez-tez hərbi hissələrdən yanacaq məhsullarını çıxararaq qonşuluqda fəaliyyət göstərən avtomobil yuma məntəqəsinə satıb. Əldə olunan pul isə hərbi hissələrin və bölmələrin komandirləri arasında bölünüb. Xidmət rəisi və bir avtomobil yuma məntəqəsinin sahibi oğurlanan yanacağın növbəti dəfə satışı zamanı saxlanılıb, külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb.
Hərbi hissələrin birində isə material təchizatına məsul hərbçilər avtomobil hissələrini, hətta mühərrik və sürət qutularını yararsız adı ilə siyahıdan çıxararaq satıblar. Eyni zamanda avtomobillərin təmiri zamanı yeni detalları köhnələri ilə əvəz ediblər. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryan da bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Daha sonra Milli Təhlükəsizlik Bürosunun yaydığı məlumatda deyilir ki, deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.
banner

Oxşar Xəbərlər