• cümə, 26 Aprel, 22:30
  • Baku Bakı 22°C

Ermənistanda yol qəzasında iki hərbçi ölüb, dörd hərbçi yaralanıb

15.04.21 14:45 648
Ermənistanda yol qəzasında iki hərbçi ölüb, dörd hərbçi yaralanıb
Ermənistanda hərbçilərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın "shamshyan.com” saytına istinadən verdiyi xəbərə görə, yol qəzası Kotayk vilayətinin Aramus kəndinin ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil 6 hərbçini vurub. Qəza nəticəsində iki hərbçi hadisə yerində ölüb. Digər 4 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.
Sürücünün avtomobili içkili halda idarə etdiyi məlum olub. Qəzanı törətməkdə şübhəli bilinən 34 yaşlı Karen Mikaelyan hadisə yerindən qaçmağa müvəffəq olsa da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Ermənistanın Müdafiə Nazirliyi Kotayk vilayətində baş vermiş yol qəzasında iki hərbi qulluqçunun ölməsi faktını təsdiqləyib.
Faktla bağlı cinayət işi başlanıb.

banner

Oxşar Xəbərlər