AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda sutka ərzində 35 nəfər koronavirusa yoluxub

Ermənistanda sutka ərzində 35 nəfər koronavirusa yoluxub

Təfsilat
29 Mart 2020, 09:45 309
Ermənistanda son bir gün ərzində daha 35 nəfər koronavirusa qoluxub. 
APA "news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan  Facebook səhifəsində bildirib.
O qeyd edib ki, Ermənistanda koronavirusla bağlı gərgin vəziyyət yaşanmaqdadır: "Təəssüf ki, xəstələrin sayında artım qeydə alınır. Bu gün daha 35 nəfərdə koronavirus təsdiqlənib. Ancaq ümumilikdə deyə bilərəm ki, vəziyyət nəzarət altındadır. Karantin rejiminə riayət etməliyik”.
Qeyd edək ki, ölkədə yeni virusa yoluxanların ümumi sayının 407 nəfərə çatdığı bildirilir.