• cümə axşamı, 28 mart, 19:06
  • Baku Bakı 13°C

Ermənistanda sosial problemlər dərinləşir

12.02.19 13:15 493
Ermənistanda sosial problemlər dərinləşir
Ermənistanda hökm sürən xaos getdikcə dərinləşir. Sosial problemlərdən çıxış yolu tapa bilməyən vətəndaşlar çarəni etiraz aksiyalarında görürlər.
AZƏRTACerməni KİV-lərinə istinadla xəbər verir ki, bu dəfə bir qrup şəxs məmurlara verilən mükafatlara qarşı çıxıb. Şikayətçilərdən Marine Akopyan deyib ki, məmurlara dövlət büdcəsindən ayrılan 10 milyon dram dəyərində mükafat təcili büdcəyə geri qaytarılmalıdır. Həmin qərar Serj Sarkisyanın vaxtında verilib və mükafata layiq görülən məmurların bir çoxu vəzifələri ilə vidalaşıblar. Etirazçılar bildiriblər ki, tələbələri Sarkisyan komandasında olan məmurların qanun qarşısına çıxarılması ilə bağlıdır. Sarkisyan başda olmaqla generallar bu xalqı neçə illərdir ki, qorxu, zülmət içərisində saxlaya-saxlaya büdcəni talan ediblər. Etirazçılar əgər baş nazir quldur məmurlardan vəsaitləri geri qaytarmasa, imzatoplama kampaniyası təşkil edib Ali Məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Bundan başqa, erməni ordusundakı ölüm halları ilə bağlı da etirazlar artıb. Belə ki, Ermənistanın Lori bölgəsindən olan Smbat Manukyan və həyat yoldaşı Susan tək övladlarının qəfil və müəmmalı ölümü ilə 3 ildir barışa bilmirlər. Onlar deyirlər ki, oğulları Sarkis 2016-cı ilin mayında Ararat bölgəsində hərbi xidmətə başlayıb. Həmin ilin dekabrında əsgərin yüksəkvoltlu elektrik cərəyanı vuraraq öldüyü ilə bağlı xəbər alıblar. Patoloji anatomiyanın ilkin nəticələri isə şübhə yaradıb. Məlum olub ki, əsgərə işgəncələr verərək öldürüblər. İşi ört-basdır etmək üçün isə istintaqa səhv məlumat veriblər. Ailə keçmiş müdafiə nazirləri Seyran Ohanyan və Viqen Sarkisyanla görüşsə də, cinayətdə şübhəli bilinən zabitlərə qarşı tədbir görülmür. Övladlarını qeyri-döyüş şəraitində itirən valideynlər illərdir məhkəmələrdə süründürülürlər.
banner

Oxşar Xəbərlər