Ermənistanda son sutkada COVID-19-a 485 yoluxma qeydə alınıb, 24 nəfər ölüb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 485 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.
APA-nın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək COVID-19-a yoluxanların sayı 126 709 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1 976 nəfərə çatıb.
Ermənistanda xəstəlikdən sağalanların sayı 95 099 nəfərdir.