AZE | RUS | ENG |

Ermənistanda “Sibir qarayarası”na yoluxanların sayı artır

Ermənistanda “Sibir qarayarası”na yoluxanların sayı artır
Ermənistanın Qeqarkunik rayonunda iki gün əvvəl 8 nəfərin "Sibir qarayarası”na yoluxma halları aşkar edilmişdi. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyi avqustun 22-də daha üç nəfərin bu xəstəliyə tutulması barədə məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, Qeqarkunik rayonu Qexovit kəndinin "Sibir qarayarası”nın əlamətləri aşkar edilmiş daha üç sakini Yerevandakı "Nork” infeksiya xəstəlikləri xəstəxanasına aparılıb. Kəndin və ətrafdakı yaşayış məntəqələrinin sakinləri ciddi tibbi müayinə olunurlar. Səhiyyə Nazirliyi əhalini tibbi-gigiyenik normalara riayət edilməsi ilə bağlı xəbərdar edib.
Qeyd olunub ki, bu təhlükəli virusun daşıyıcısı olan mal-qaranın ətindən 25 ailə istifadə edib. Ermənistanın qida təhlükəsizliyi üzrə müfəttişlərinin iştirakı ilə xəstə heyvanların əti yandırılıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973