Ermənistanda “Sibir qarayarası” halları aşkar edilib

Ermənistanda “Sibir qarayarası” halları aşkar edilib

Təfsilat
20 Avqust 2019, 15:06 11658
Ermənistanın Qeqarkunik rayonunda "Sibir qarayarası” halları aşkar edilib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bununla bağlı Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, əvvəlcə Qeqarkunik rayonu Qexovit kəndinin iki sakini Martuni şəhərinin xəstəxanasına "Sibir qarayarası”nın dəri forması əlamətləri ilə müraciət edib. Müəyyən edilib ki, onlar bir neçə gün əvvəl dana əti kəsiblər. Bundan sonra kəndin daha 6 sakinində bu xəstəliyin əlamətləri tapılıb. Onların hamısının dərisində "Sibir qarayarası” virusunun törətdiyi yaralar olub.
Epidemiyanın ətraf bölgələrə yayılmasının qarşısını almaq məqsədilə kəndə göndərilən infeksion xəstəliklərin profilaktikası və müalicəsi mərkəzinin həkimləri müayinə zamanı daha beş nəfərin DNT-sində bu xəstəliyi törədən viruslar aşkar ediblər. Onları kilinik vəziyyətlərini dəqiqləşdirmək üçün Yerevandakı "Nork” infeksiya xəstəlikləri xəstəxanasına aparıblar. Kəndin və ətrafdakı yaşayış məntəqələrinin sakinləri ciddi tibbi müayinə olunurlar. Səhiyyə Nazirliyi əhalini tibbi-gigiyenik normalara riayət edilməsi ilə bağlı xəbərdar edib.