• cümə axşamı, 25 aprel, 11:06
  • Baku Bakı 14°C

Ermənistanda rüşvətə görə həbs edilmiş ordu mayoru günahsız olmasında israrlıdır

05.08.17 15:15 965
Ermənistanda rüşvətə görə həbs edilmiş ordu mayoru günahsız olmasında israrlıdır
Ermənistanda rüşvət ittihamı ilə azadlıqdan məhrum edilmiş Gümrü hərbi komissarlığının mayoru Artem Markaryan özünün gühansız olmasında israrlıdır.
"Report" xəbər verir ki, "News.am" məlumat yayıb.
Belə ki, mayorun vəkili A.Markaryan barədə məhkəmənin hökmünün ləğv olunması, müttəhimin bəraət alması və ya ona minimal cəza verilməsi tələbilə Apelyasiya Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, Gümrüdə yerli hərbi komissarlığın əməkdaşı ötən il həbs edilib. Bu, Ermənistan ordusunda son illər rast gəlinən növbəti hadisələrdən biridir.
banner

Oxşar Xəbərlər