Ermənistanda Rusiya hərbi qulluqçusu qətlə yetirilib
Ermənistanın Gümrü şəhərində Rusiya hərbi qulluqçusu qətlə yetirilib.
TASS agentliyinin yaydığı xəbərə görə, rusiyalı hərbçi aprelin 22-də hərbi hissənin yaxınlığında mülki şəxs tərəfindən qətlə yetirilib. Hərbçi bıçaq zərbələri nəticəsində aldığı xəsarətlərdən yerində keçinib.
Ermənistan baş prokurorluğunun mətbuat xidməti qətli törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.