AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda radioaktiv tullantıları hərbi məqsədlər üçün istifadə etmək istəyirlər

Ermənistanda radioaktiv tullantıları hərbi məqsədlər üçün istifadə etmək istəyirlər

Təfsilat
13 Yanvar 2021, 19:00 132
Ermənistan İkinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, destruktiv mövqeyindən əl çəkmək niyyətində deyil. Belə ki, müharibəöncəsi və müharibə dövründə Azərbaycanın Mingəçevir SES-i vurmaqla hədələyən Ermənistan bu dəfə radioaktiv tullantıları beynəlxalq səviyyədə qəbul edilmiş konvensiyalara zidd olaraq hərbi məqsədlər üçün istifadə etmək məsələsini gözdən keçirir.

Ermənistan AES-in fəaliyyəti dönəmində yetərincə böyük miqdarda radioaktiv tullantı, eləcə də "istehsal tullantıları” kimi təsnif edilməyən radioaktiv yanacaq meydana gəlib.

Kaspi.az xəbər verir ki, bu barədə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan yanvarın 12-də Ermənistan parlamentində Regional Məsələlər və Avrasiya İnteqrasiyası məsələsi üzrə Komissiyanın daimi iclasında komissiya sədri Çiçəklənən Ermənistan Partiyasından olan deputat Mikael Melkumyanın bu tullantıların hərbi məqsədlər üçün istifadəsi ehtimalı ilə bağlı sualını cavablandırarkən danışıb.

M.Melkumyan Ermənistan atom elektrik stansiyasının fəaliyyətindən sonra qalan radioaktiv tullantıların, məsələn, ölkənin müdafiə gücləndirmək baxımından hərbi məqsədlər üçün istifadə edilə bilib-bilməyəcəyini soruşub: "Onları zənginləşdirməyə başlaya bilərikmi? Şansımız varmı? Bunun üçün müvafiq texnoloji səviyyəni təmin edə bilərikmi?”.

Deputatın sualına cavab olaraq nazir müavini izah edib ki, bu halda yalnız quru anbarlarda saxlanılan radioaktiv yanacaqdan danışmaq olar: "Bəli, nəzəri olaraq həmişə mümkündür. Ancaq bu təşəbbüsün texnoloji tətbiqi barədə danışa bilmərəm, çünki bu sahədə mütəxəssis deyiləm. Kimya dərslərindən bilirik ki, plutonyum atom bombası yaratmaq üçün əsas elementdir və uran yandıqda əmələ gəlir, ancaq bunu necə əldə edə bilərik və bunun üçün hansı texnoloji nailiyyətlərdən istifadə etməliyik – deyə bilmərəm, çünki hansı texnoloji mərhələ və proseslərdən keçməyin lazım olduğunu bilmirəm”.

Bununla belə, A.Vardanyan qeyd olunmuş məqsədə çatmaq üçün Ermənistanın bu kimi texnoloji sıçrayışı gerçəkləşdirə bilib-bilməyəcəyi sualına cavab verməkdə çətinlik çəkib. Nazir müavini vurğulayıb ki, qarşısına bu cür iddialı hədəflər qoyan bir ölkənin müvafiq infrastrukturu və böyük elmi mərkəzləri olmalıdır. (Report)