• şənbə, 20 Aprel, 18:20
  • Baku Bakı 24°C

Ermənistanda polislərin sayını niyə gizlədirlər?

02.05.16 13:53 1197
Ermənistanda polislərin sayını niyə gizlədirlər?
"Ermənistanda polislərin sayı ilə bağlı açıqlanan rəsmi rəqəmlər reallığı əks etdirmir”.
APA-nın xəbərinə görə, bu barədə Ermənistanın armlur.am saytında material dərc olunub. Məlumatda bildirilir ki, ölkədə polis əməkdaşlarının sayı olduğundan qat-qat az göstərilir.
"Ermənistanda polislərin sayı əhalinin sayına görə digər ölkələrlə müqayisədə iki dəfə artıqdır. Ölkədə polisin əsas vəzifəsi hazırkı iqtidar əleyhinə aksiyalara imkan verməməkdir”- deyə, məlumatda bildirilib.
Sayt bildirir ki, Ermənistan hakimiyyəti üçün dövlət sərhədinin qorunması vacib deyil: "Hərbi qulluqçuların acınacaqlı vəziyyətdə olması bunu sübuta yetirir. Hakimiyyət öz maraqlarına cavab verən istiqamətlər üçün vəsait ayırır. Öz postlarının itirilməməsi onlar əsas şərtdir. Hökumət bu məqsədinə çatmaq üçün "Vova” ləqəbli polis rəisi Vladimir Qasparyanın "polis komandasına” etibar edir. Ermənistan üçün əsas düşmən Azərbaycan deyil, öz daxilindəki erməni vətəndaşlardır. Ən böyük qorxuları erməni vətəndaşların etiraz aksiyalarıdır”.
Məlumatda qeyd olunub ki, bu il aprelin əvvəlində başlamış 4 günlük qarşıdurma zamanı təmas xəttinə gedən xeyli sayda erməni könüllü özlərinin məişət problemlərini mövqelərə göndərilən ərzaq məhsulları ilə həll etməyə çalışır: "Əslində ordu yerli sakinlər və müəyyən təşkilatların yardımı ilə yox, dövlət büdcəsindən ayrılan vəsaitlə saxlanmalıdır. Digər problem təmas xəttinə gedən könüllülərə müddətdən artıq xidmət etmiş hərbi qulluqçu statusu probleminin həllidir. Hazırda onların əmək haqqı 150 min dramdır (469 AZN)”.
banner

Oxşar Xəbərlər