• cümə axşamı, 25 aprel, 19:18
  • Baku Bakı 21°C

Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi təklif olunur

25.04.18 12:10 292
Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi təklif olunur
Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib.
Trend-in məlumatına görə, K.Karapetyan qeyd edib: "Biz növbədənkənar seçkilərin keçirilməsini təklif edirik. Əgər xalq Nikol Paşinyanı (etiraz aksiyalarının lideri) seçsə, o da olacaq. Xalqın namizədi seçkilərdə seçilir".
Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.
banner

Oxşar Xəbərlər