AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda müxalifət lideri həbs olunub

Ermənistanda müxalifət lideri həbs olunub

Təfsilat
26 Sentyabr 2020, 16:30 206
İrəvan Ümumi Hüquq Məhkəməsi "Çiçəklənən Ermənistan” müxalifət partiyasının lideri, tanınmış iş adamı Qagik Sarukyanın həbsinə dair qərar verib.
APA "TASS”-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Yerem Sarkisyan bildirib.
"Gözlədiyimiz kimi, məhkəmə Qagik Sarukyana qarşı qabaqlayıcı tədbir kimi həbs qətimkan tədbirinin seçilməsinə dair qərar verib”, - deyə vəkili qeyd edib və bildirib ki, Sarukyanın müdafiəçiləri apelyasiya şikayətinə hazırlaşırlar.
Qagik Sarukyan özü məhkəmə iclasında iştirak etməyib və qərarın veriləcəyini saxlanıldığı Milli Təhlükəsizlik Xidmətinin binasında gözləyib.
"Bu, açıq şəkildə qanunsuz bir qərardır, bunun arxasında dayananların hamısı qanun qarşısında cavab verəcək”, - o belə deyib.
Xatırladaq ki, 16 iyun tarixində Ermənistan parlamenti Baş Prokurorluğun vəsatətini təmin etməklə Sarukyanı deputat toxunulmazlığından məhrum edib və onun həbsinə icazə verib. İstintaq müxalif siyasətçisini 2017-ci il parlament seçkiləri zamanı vergidən yayınma və rüşvət verməkdə günahlandırır. Bununla belə, Ümumi Hüquq Məhkəməsi Sarukyanın azadlığa buraxılması barədə qərar verib, ancaq Baş Prokurorluq bu qərardan apelyasiya şikayəti edib.