• cümə, 29 Mart, 09:26
  • Baku Bakı 5°C

Ermənistanda kutləvi narazılıq dalğası

28.05.15 11:49 1118
Ermənistanda kutləvi narazılıq dalğası
Olkənin iri şəhərlərinin əksəriyyətində qiymət artımına etiraz aksiyaları keciriləcək
Ermənilərin olkədə qiymət artımı ilə bağlı narazılıqları bir an olsun belə səngimir. Otən həftədən start goturən etiraz aksiyaları dunən də davam edib. “Qarətə son” Təşəbbus Qrupu elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz olaraq novbəti aksiyasını kecirib. Bu barədə qrupun uzvu Maksim Sarkisyan bəyan edib. Bu dəfəki aksiyaya əvvəlkindən fərqli olaraq, xeyli insan qatılıb. Aksiya zamanı bildirilib ki, son gunlər gostərdi ki, insanlar qiymətlərin novbəti artımına qarşıdırlar və gunbəgun Təşəbbus Qrupunun sıralarına qoşulan insanların sayı artır. Artıq sosial şəbəkələrdə bununla bağlı coxsaylı qruplar yaradılır, sorğular kecirilir. Bəlli olan odur ki, əhali onsuz da ağır olan sosial durumlarının daha da pisləşməsinə gətirib cıxaracaq qiymət artımına asanlıqla yol vermək niyyətində deyil. Elə dunənki aksiyada coxsaylı təşkilatlar, kutləvi informasiya vasitələrinin numayəndələrinin iştirakı da bunu deməyə əsas verir. Aksiyada bəyan edilib ki, qiymət artımına hec bir əsas yoxdur. Sadəcə, butun bunlar duzgun idarə etməmənin nəticəsidir. “Ermənistan vətəndaşı anlayır ki, “Ermənistan elektrik şəbəkələri”nin yığılıb qalan borcunu oz cibindən odəməli deyil” - deyə M.Sarkisyan bəyan edib. O da qeyd edilib ki, etirazcılar aksiyaları tək paytaxt Yerevanda deyil, olkənin digər şəhərlərində də kecirmək niyyətindədirlər. “Meğridə saat 17.00-da, Mamalikdə 18, Sisyanda 17-də, Vanadzorda 17-də, Gumrudə 13-də, Aştarakda 14-də, Aparanda 13-də, Artaşatda, Armavirdə, Metsamorda 15-də, İcevanda 12-də, Nairidə isə aksiya saat 19.00-da keciriləcək” - deyə qrupun bəyanatında vurğulanıb. Beləliklə, aksiyaların kecirilmə arealına nəzər saldıqda goruruk ki, butun olkə mitinqlərə ev sahibliyi edəcək. Məlumata gorə, gələn həftə “Qarətə son” Təşəbbus Qrupunun uzvləri Ermənistanda hokumət binası qarşısında etiraz aksiyası kecirmək qərarını veriblər. Qrupun uzvu Gevorq Sanoyan bəyan edib ki, hokumət bu məsələdə onlara guzəştə getmək niyyətində deyil. “Biz tələblərimizdə israrlıyıq və sona kimi mubarizə aparmaq niyyətindəyik” – deyə G.Sanoyan bəyan edib. O, əlavə edib ki, elektrik enerjisinin qiymətlərinin qaldırılması yolverilməzdir. Onun sozlərinə gorə, hakimiyyət orqanları qiymət artımının qarşısını almaq ucun addımlar atmalıdır. O, əlavə edib ki, nəinki 17 dram, hətta bir dram belə qiymət artımına qarşıdırlar: “Biz olkənin sahibləriyik və hokumətdən ayrı-ayrı strukturların deyil, oz xalqının maraqlarına xidmət etməyi tələb edirik”. 
Muxalif Erməni Milli Konqresi fraksiyası otən həftə məsələni parlamentin gundəliyinə daxil etmək ucun tələb olunan 44 imza toplasa da, təşəbbusləri uğursuz olub. Onlar yaxın gunlərdə yenidən bu məsələni gundəmə gətirəcəklərini bəyan ediblər.
Xatırladaq ki, Rusiya “İNTER RAO Vahid Elektrik Şəbəkələri” şirkətinə məxsus olan “Ermənistan elektrik şəbəkələri” Ermənistan istehlakcıları ucun elektrik enerjisinin qiymətini qaldırmaq ərizəsi ilə Ermənistan İctimai Xidmətlərin Nizamlanması Komissiyasına muraciət edib. Şirkət 1 kilovat-saat elektrik enerjisinin qiymətinin 17,08 dramadək artırılmasını təklif edir. Təklif qəbul olunsa, elektrik enerjisinin qiyməti əvvəlkindən təxminən 40 faiz baha olacaq. İstehlakcılar gunduz saatlarında (saat 7-dən 23-ə kimi) 1 kilovat-saat ucun təxminən 59 dram (12,24 sent), gecə saatlarında – 49 dram odəməlidir. Yerli mediada acıqlanan məlumatlara gorə, “Ermənistan elektrik şəbəkələri” həddən artıq enerji itkiləri ilə işləyir. İtkilərin həcminin başqa olkələrdə qəbul olunduğundan artıq – 13 faizədək nəzərdə tutulduğu qeyd olunur. Lakin EEŞ-nin hesabatları uzrə itkilərin 16 faizə catdığı bildirilir. “Şirkət Ermənistan hokumətinin təminatı əsasında 220 milyon dollar kredit alıb, qaytarmaq iqtidarında deyil və bu kredit də istehlakcıların hesabına odənilməlidir” - deyə “Lragir.am” saytı yazır.
Ermənistanın energetika naziri Y.Zaxaryan bildirib ki, tək itkilərə gorə otən il şirkət 10 milyard dram zərər cəkib: “İtkilər 16 faizə catıb. İtkinin hər bir faizi isə 2,5 milyard dram (5,2 milyon dollar) təşkil edir. İtkilər həm də oğurluq, avadanlığın kohnə olması, gorulən işlərin keyfiyyəti və işcilərin məsuliyyətsizliyi ilə bağlıdır. Əlbəttə, bu, ciddi sosial problemdir, lakin qeyd etmək istərdim ki, tariflərin artması Ermənistandan asılı deyil. Ermənistan nə qaz, nə neft tranzit edən olkədir, nə də ozunun təbii resursları var”. 
“Elektrik enerjisinin bahalaşması nəticəsində ən cox əhalinin yoxsul təbəqələri zərər cəkəcək” - deyə sosioloq Aharon Adivekyan deyib. Onun sozlərinə gorə, Ermənistanda 103 min ailə yoxsulluq uzrə muavinət alır, işləmək qabiliyyəti olan əhalinin 20 faizi işsizdir, işsizlik muavinəti isə təxminən 16 min dram (33,2 dollar), yaşa gorə pensiya 29-39 min dram, əlillik pensiyası 18-32 min dram təşkil edir: “Dovlət yardımı ailələrə birtəhər dolanmaq imkanı verir, lakin ailə budcəsinin 20 faizi elektrik enerji xərclərini odəyir. Odur ki, elektrik enerjisinin qiyməti artsa, həmin ailələr oz ərzaq istehlakını kəmiyyət və keyfiyyətcə azaltmağa məcbur olacaqlar”. A.Adibekyanın sozlərinə gorə, Ermənistanda ailələr var ki, gundə bir saat “işıqları yandırır ki, televizora baxsın”. 
Azər NURİYEV
banner

Oxşar Xəbərlər