Ermənistanda koronavirusdan ölənlərin sayı 3515 nəfərə çatıb
Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 192 639 nəfərə çatıb.
APA-nın "armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 1148 nəfər COVID-19-a yoluxub, 18 nəfər ölüb.
Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3515 nəfərə çatıb.