Ermənistanda koronavirusdan ölənlərin sayı 3047 nəfərə çatıb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 58 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.
APA-nın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 166 094,ölənlərin sayı isə 3047 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 154 932 nəfərin sağaldığı bildirilir.