AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda koronavirusa yoluxanların sayı 9 minə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 9 minə çatır

Təfsilat
30 May 2020, 15:15 181
Ermənistanda koronavirusa yoluxanların sayı 8 927 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 251 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 127 nəfər koronavirusdan ölüb, 5 483 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.