• şənbə, 20 Aprel, 15:01
  • Baku Bakı 23°C

Ermənistanda jurnalistlərin fiziki təzyiqə məruz qalması halları artıb

26.01.21 18:45 419
Ermənistanda jurnalistlərin fiziki təzyiqə məruz qalması halları artıb
"Ötən il Ermənistan mətbuatı üçün gərgin keçib".
Kaspi.az xəbər verir ki, bunu Ermənistan Azad sözü Müdafiə Komitəsinin sədri Aşot Melikyan yanvarın 26-da keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2020-ci il Ermənistan mətbuatı üçün ən gərgin keçib və sınaq ili olub: "13 KİV 700 min dram (təxminən 2 min ABŞ dolları), bir KİV isə 1,5 milyon dram (4 min dollara yaxın) məbləğində cərimələnib. Ötən il ölkə üzrə jurnalistlərin hüququ 273 hadisədə pozulub. 6 halda fiziki təzyiqə məruz qalıb, 11 nəfər xəsarət alıb. 117 halda KİV-ə təzyiq göstərilib. 90 halda KİV-in informasiya alıb yaymaq hüququ pozulub. Ötən il ərzində jurnalistlərə qarşı 72 yeni məhkəmə işi açılıb”. (Report)
banner

Oxşar Xəbərlər