• çərşənbə axşamı, 19 mart, 09:22
  • Baku Bakı 8°C

Ermənistanda jurnalist mülki geyimli şəxslər tərəfindən döyülüb

19.04.18 14:00 588
Ermənistanda jurnalist mülki geyimli şəxslər tərəfindən döyülüb
Ermənistanda baş verən etiraz aksiyaları zamanı jurnalist xəsarət alıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, başından zədə alan jurnalist Tirayr Muradyan xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan bildiriblər ki, onun başının gicgah hissəsində yüngül toxumalar zədələnib.
Jurnalist açıqlamasında bildirib ki, etiraz aksiyası zamanı ona mülki geyimdə olan şəxslər hücum edib.
Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasdaSerj Sarkisyanbaş nazir seçilib. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.
banner

Oxşar Xəbərlər