• çərşənbə, 24 Aprel, 00:14
  • Baku Bakı 14°C

Ermənistanda “inqilabdan sonrakı” şadyanalıq başa çatıb

16.10.18 13:37 317
Ermənistanda “inqilabdan sonrakı” şadyanalıq başa çatıb
ABŞ-da nəşr olunan "Foreign Policy” jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.
AZƏRTAC-ın məlumatına görə, müəllif Maksim Edvards "Ermənistanda "inqilabdan sonrakı” şadyanalıq başa çatıb” adlı məqaləsində yazır ki, bu ilin iyununda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin agentləri Manvel Qriqoryanın Eçmiədzin şəhərinin hüdudlarından kənarda yerləşən mülkünə baxış keçiriblər. Silahlar və retro avtomobil kolleksiyası ilə yanaşı, həmçinin Ermənistanın təcavüz etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni xidmətdə olan erməni əsgərlərinin ərzaq payları aşkar edilib. Bildirilir ki, mülk sahibi bu hərbi payları və ərzağı öz şəxsi zooparkındakı heyvanları yemləmək üçün istifadə edirmiş. Müəllif qeyd edir ki, 30 faizi yoxsulluq həddindən də aşağı yaşayan erməni xalqı üçün bu, bir şok oldu. Manvel Qriqoryan hərbçi və 1999-cu ildən Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Respublikaçılar partiyasından seçilmiş deputat idi.
Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Sarkisyan klanı üzvlərinin, o cümlədən Sarkisyanın qardaşının və cangüdəninin həbslərinə başlanılıb. Edvards qeyd edir ki, 2008-ci il 1 mart hadisələri ilə bağlı sabiq prezident Robert Koçaryana qarşı da cinayət işi qaldırılıb. O vaxt erməni polisi Yerevanın mərkəzində saxta prezident seçkilərinə qarşı etiraz edən dinc əhaliyə divan tutmuşdu. Bu seçkilər nəticəsində Sarkisyan hakimiyyətə gəlmişdi. Həmin gün 10 nəfər öldürülüb.
Məqalədə Eçmiədzin şəhərinin bütün administrasiyasına və iqtisadiyyatına nəzarət edən general Qriqoryan və onun ailəsi və Ermənistanın paytaxtına 2011-ci ildən rəhbərlik edən Yerevanın meri Taron Marqaryan barədə danışılır. Müəllif, habelə Paşinyan və Respublikaçılar partiyası arasında ölkə parlamentində davam edən qarşıdurmadan bəhs edib.
banner

Oxşar Xəbərlər