AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda hərbi xidmətdən yayınanlar əfv olunacaq

Ermənistanda hərbi xidmətdən yayınanlar əfv olunacaq

Təfsilat
08 Aprel 2021, 19:00 677
Ermənistanda ötən il Qarabağ müharibəsinədək hərbi xidmətdən yayınmağa görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə amnistiya veriləcək.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bununla bağlı qanun layihəsi hökumətin iclasında təsdiqlənib.
Ermənistanın ədliyyə naziri Rustam Badasyan bildirib ki, amnistiya ötən ilin sentyabrınadək xidmətdən yayınanlara şamil olunacaq.
Qanun layihəsinə əsasən, 5 min nəfər axtarışa verilən və 100-dən çox məhkum olunmuş şəxs amnistiyaya düşəcək.