• çərşənbə, 24 Aprel, 22:01
  • Baku Bakı 23°C

Ermənistanda hakim partiyanın prezidentliyə namizədi məlum olub

19.01.18 13:20 499
Ermənistanda hakim partiyanın prezidentliyə namizədi məlum olub
Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb.
APA-nın "Aysor.am”a istinadən verdiyi məlumata görə, bu gün Ermənistan prezidentiSerj Sarkisyanbəyan edib ki, yeni namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan olacaq.
A. Sarkisyan 2013-cü ildən Ermənistanın Böyük Britaniyadakı səfiridir.
O,1996-1997-ci illərdə Ermənistanın baş naziri olub.
Hazırki prezidentin səlahiyyət müddəti bu il aprelin 9-da bitir.
Yeni prezident parlament tərəfindən 7 il müddətinə seçiləcək.
Prezident seçkisinin martın 2-də keçirilməsi gözlənilir.
banner

Oxşar Xəbərlər