AZE | RUS | ENG |

Ermənistanda etirazçılar parlament binasını mühasirəyə alıblar

Ermənistanda etirazçılar parlament binasını mühasirəyə alıblar
Ermənistanda etirazlar səngimir. Narazı kütlə parlamenti mühasirəyə alıb. Etirazçılarla polis arasında qarşıdurma olub, saxlanılanlar var.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, parlamenti mühasirəyə alan əhali Nikol Paşinyan ilə görüşmək istədiklərini bildiriblər. Onlar qeyd ediblər ki, İcəvandakı, Gümrüdəki problemlərin nə vaxt həll olunacağını baş nazirdən öyrənmək istəyirlər. Etirazçıların fikrincə, əvvəl olduğu kimi bu gün də ölkə talanır. Ölkədəki binaların 80 faizi qəzalı vəziyyətdədir. Bu səbəbdən ailələrin böyük əksəriyyəti gecəni küçələrdə keçirirlər. Bundan başqa Ermənistanda işsizlər ordusunun sayı 47 min nəfərdən çoxdur. 50 mindən çox insan ölkəni tərk edib. Aksiya iştirakçıları N.Paşinyana xəbərdarlıq edərək bildiriblər ki, problemlər öz həllini tapmasa parlamentin qarşısında narazı kütlənin sayı artacaq.
Qeyd edək ki, etirazçılar paytaxt Yerevanın əsas yollarını bağlayıblar. Hadisə yerinə daxili qoşun qüvvələri cəlb olunub. İnsident nəticəsində 30-a yaxın etirazçı saxlanılıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964