• çərşənbə, 24 Aprel, 02:57
  • Baku Bakı 14°C

Ermənistanda əsgərlər arasında silahlı insident

23.01.17 19:30 1127
Ermənistanda əsgərlər arasında silahlı insident
İstintaq Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçu Araik Sarksyanın ölümünün təfərrüatlarını müəyyənləşdirib.

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, çavuş Araik Sarkisyan yanvarın 16-da qarın nahiyəsindən güllə yarası alıb və ölüb. Müəyyən olunub ki, A. Sarkisyanla eyni hərbi hissədə xidmət keçən digər hərbi qulluqçu odlu silahdan istifadə qaydalarını pozaraq onun qarın nahiyəsinə xəsarət yetirib.

İlkin məlumata görə, hərbi qulluqçu A. Sarkisyana təhkim edilən odlu silahı götürüb və onun boş olduğunu zənn edərək tətiyi çəkib. O, artıq həbs edilib.
banner

Oxşar Xəbərlər