• çərşənbə axşamı, 16 aprel, 19:13
  • Baku Bakı 18°C

Ermənistanda dövlət rəsmisi döyüldü

06.04.20 11:15 498
Ermənistanda dövlət rəsmisi döyüldü
Ermənistanda döyülmə hadisəsi baş verib.
"Report” xəbər verir ki, bu barədə "Shamshyan.com” bildirib.
Bildirilir ki, hadisə Yerevanda qeydə alınıb. Marqaryan küçəsində Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitəsinin "İnventarlaşdırma və Qiymətləndirmə Agentliyi"nin baş direktoruArman Abraamyandöyülüb.
Sayt bildirib ki, "Mercedes” markalı avtomobilin naməlum sürücüsü və dostları direktorla əvvəlcə mübahisə ediblər. Mübahisə dava ilə nəticələnib. Dava zamanı dövlət rəsmisinə xəsarət yetirilib və onun avtomobilinin güzgüsü sındırılıb.
Hadisəni törədənlər ərazidən qaçaraq gizləniblər.
Polis hadisəni törədənləri axtarır.
banner

Oxşar Xəbərlər