• cümə, 26 Aprel, 18:04
  • Baku Bakı 22°C

Ermənistanda dəmir yolunu bağlayan etirazçılarla polis arasında toqquşma olub

13.04.19 17:45 446
Ermənistanda dəmir yolunu bağlayan etirazçılarla polis arasında toqquşma olub
Ermənistanın Armavir rayonundakı Zartnok kənd icra nümayəndəsinin özbaşınalıqlarına etiraz edən sakinlər Yerevan-Gümrü dəmir yolunu bağlayıblar.
AZƏRTACerməni KİV-nə istinadla xəbər verir ki, icra nümayəndəsinin istefasını tələb edən etiraz aksiyası iştirakçıları ilə insident yerinə gələn polis arasında qarşıdurma yaranıb. Qanun keşikçiləri icra nümayəndəsinin evinə basqın edən və xidməti və şəxsi avtomobillərini yandıran kənd sakinlərini sakitləşdirmək üçün barrikada qurublar. İcra nümayəndəsinin oğlu isə özünü müdafiə etmək üçün tapançadan havaya atəş açıb. İnsident nəticəsində yaralanan bir neçə nəfər xəstəxanaya çatdırılıb.
Prokurorluq insidentlə əlaqədar cinayət işi qaldırıb.

banner

Oxşar Xəbərlər