• çərşənbə axşamı, 19 mart, 07:24
  • Baku Bakı 8°C

Ermənistanda dayanıqlı inkişafa nail olmaq mümkün deyil

17.10.18 14:53 527
Ermənistanda dayanıqlı inkişafa nail olmaq mümkün deyil
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda Ermənistan hökumətinin anlayış göstərəcəyinə ümid edir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov EURACTIV jurnalına müsahibəsində deyib.
Nazir bildirib ki, mehriban qonşuluq münasibətləri qurulmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil: "Ən əsası, erməni qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır”.
E.Məmmədyarov qeyd edib ki, Ermənistan rəhbərliyi danışıqların gedişi ilə bağlı maariflənmə prosesinə ehtiyac duyur:"Fikrimcə, biz əvvəlki rəhbərliklə irəliləyişə nail olmuşduq, amma indi yeni rəhbərlik var və ola bilər ki, onlara danışıqlar prosesində baş verənləri anlamaq üçün bir qədər çox vaxt lazım olsun”.
banner

Oxşar Xəbərlər