• çərşənbə, 24 Aprel, 23:16
  • Baku Bakı 23°C

Ermənistanda daxili qoşunların sabiq komandanı "1 mart" işi üzrə dindirilib

15.09.18 18:30 385
Ermənistanda daxili qoşunların sabiq komandanı "1 mart" işi üzrə dindirilib
Ermənistanda daxili qoşunların sabiq komandanı "Şerif" ləqəbi ilə tanınan Qriqor Qriqoryan "1 mart hadisələri" ilə bağlı açılan cinayət işi üzrədindirilib.
"Report"un məlumatına görə, bu barədə "Jamanak" qəzeti yazıb.
"Cinayət işi üzrə dindirilmişəm, amma mən bu mövzuda şərh vermək istəmirəm", - Q.Qriqoryan bildirib.
O, daxili qoşunların hərbçisi Tiqran Abqaryanın ölümü ilə əlaqəli olmasında ittiham edilə bilər.
Qeyd edək ki,2008-ci il martın 1-2-də prezident seçkilərindən sonra ölkədə mitinqlər başlayıb. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Əməliyyat zamanı 10 nəfər həlak olub. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıb.
banner

Oxşar Xəbərlər