Ermənistanda COVID-19-a yoluxanların sayı 173 mini ötüb
Ermənistanda yeni növ koronavirus infeksiyasına(COVID-19)yoluxanların sayı 173 307 nəfərə çatıb.
APA-nın "armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, son sutka ərzində daha 491 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb.
Ermənistanda indiyədək COVID-19-dan ölənlərin sayı 3208 nəfərə çatıb.