• çərşənbə axşamı, 19 mart, 14:31
  • Baku Bakı 8°C

Ermənistanda bir gündə 277 aksiya iştirakçısı saxlanılıb

23.04.18 09:30 718
Ermənistanda bir gündə 277 aksiya iştirakçısı saxlanılıb
Aprelin 22-də Yerevanda sabiq prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyada iştirak edənlərdən 277 nəfər saxlanılıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəisi Edqar Canoyan bildirib.
Ötən gün İrəvanın Erebuni rayonunda polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib. Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb, 200-dən çox etirazçı saxlanılıb. Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb. Ermənistan Baş Prokurorluğu parlamentin deputatları Sasun Mikaelyan və Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb.
Bundan əvvəl S. Sərkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib.
banner

Oxşar Xəbərlər