AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda bir gündə 15 nəfər koronavirusdan öldü

Ermənistanda bir gündə 15 nəfər koronavirusdan öldü

Təfsilat
28 May 2020, 14:45 236
Ermənistanda koronavirusa yoluxanların sayı 8 216 nəfərə çatıb.
 
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 442 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 15 nəfərin ölümü qeydə alınıb.
 
Bu günədək Ermənistanda 113 nəfər koronavirusdan ölüb, 4 816 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.