AZE | RUS | ENG |

Ermənistanda baş nazir diktaturası qurulur

Ermənistanda baş nazir diktaturası qurulur
Ədliyyə Nazirliyinin keçmiş idarə rəhbəri: “Serj vəzifədə qalmaq üçün Rusiyaya quyruq bulayır”

Ermənistan prezidenti Serj Sarkisyanın baş nazirlik iddiasına qarşı narazılıq artır. Onun bu posta layiq olmadığı fikrində olanlar arasında tək müxalifət deyil, cəmiyyətin ən müxtəlif təbəqələrindən olanlar da var. Məsələn, Ermənistan Ədliyyə Nazirliyinin keçmiş idarə rəhbəri Muşeq Saqatelyanın sözlərinə görə, düzdür, ölkənin siyasi səhnəsi bu gün Serj Sarkisyana qarşı mübarizə aparmaq iqtidarında deyil.
 
" Lakin Serj Sarkisyan baş nazir olmayacaq, Rusiya artıq onun sonunu hazırlayıb. Onu başqası ilə əvəzləyib, Serj isə narazılıq yaratmamaq üçün hələ də quyruq bulayır. Biz hamımız bilirik ki, Ermənistanda hakimiyyətləri Rusiya dəyişir və əgər Serji saxlamaq istəyirsə, bu o deməkdir ki, Rusiya özü buradan rədd olmalıdır. Mübarizə məhz bu istiqamətdə gedəcək və narazılıq məhz Rusiyaya qarşı olacaq”, - deyə Saqatelyan "Birinci erməni” (1in.am) informasiya agentliyinə müsahibəsində bildirib.
 
 
M.Saqatelyan bildirib ki, ölkədə ictimai-siyasi münasibətlər nifrət üzərində qurulub: "Məsələn, meriyada baş verən insidenti götürək. Hakimiyyətə ölkəni və xalqı idarə etmək üçün mütləq onu parçalamaq gərəkdir. Bu, kimə xeyirlidir? Əlbəttə ki, Milli Təhlükəsizlik Şurasına. İnsanlar narazıdırlar, onların narazılığı idi ki, meriyaya axın oldu. Nəticə necə oldu? Etiraz edən qadının saçlarından tutub meriyada sürüdülər. Axı buna bütün dünya baxırdı. Yalnız söyüşməkdir sizin işləriniz. Birlikdə olmamanız üçün əlinizdən gələni edirsiniz”, - deyə keçmiş ədliyyə işçisi bildirib.
 
Yeri gəlmişkən, Serj Sarkisyanın baş nazir olmasına qarşı çıxan müxalifət ona qarşı gücsüz görünsə də, hər halda, səsini qaldırmağa cəhd göstərir. Məsələn, cəmi parlamentdə cəmi 9 nəfərlə parlamentdə təmsil olunan müxalif "Yelk” ("Çıxış”) fraksiyası Konstitusiya dəyişikliklərinə qarşı çıxış edib. Müxalif millət vəkilləri hakimiyyətin Ermənistanı "baş nazir diktaturasına əsaslanan super baş nazir hökuməti” yaratmaq istiqamətində hərəkət etməsindən xəbərdar edirlər. Fraksiyanın üzvü Ararat Mirzoyan "bütün bu dəyişikliklərin bir növ super baş nazir, mütləqiyyət hakimiyyətinin yaradılmasına” apardığını deyir.
 
"Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan Ermənistanda "baş nazir diktaturası” tətbiq edildiyini bəyan edir. "Belə bir qurum yalnız Serj Sarkisyan üçün yaradıla bilər”, - deyə Paşinyan jurnalistlərə parlamentdə brifinq zamanı deyib. S.Sarkisyan apreldə prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir vəzifəsinə iddia etdiyini bildirməyib. Əksinə, hələ 2004-cü ildə o, ölkə parlament üsul-idarəsinə keçdikdən sonra prezident və baş nazir vəzifələrinə iddia etmədiyini bildirmişdi.
 
 
 
Lakin yeni Konstitusiya ilə tətbiq edilən qanun dəyişikliklərindən çıxış edən bir çox yerli təhlilçi və müxalifət nümayəndəsi baş nazir vəzifəsinin məhz Serj Sarkisyan üçün "biçildiyini” ehtimal edir. Müxalif millət vəkili ona da işarə edir ki, Ədliyyə Nazirliyi hətta "Dövlət vəzifəsini tutan şəxslərin sosial təminatı haqqında” qanuna dəyişiklik üçün indiki Prezident iqamətgahının baş nazirə verilməsi təklifini edib. Belə ki, hakim Respublika Partiya fraksiyası Serj Sarkisyanın namizədliyini baş nazir vəzifəsinə irəli sürsə, yalnız Prezident iqamətgahının lövhəsi dəyişilə bilər. Prezident üçün isə hökumətin qonaqlar evi adlanan binada yer ayrılması nəzərdə tutulur. Müxalifət hesab edir ki, qanun layihələrinə görə, Nazirlər Kabinetinin iclaslarının qapalı keçirilməsi, hətta millət vəkillərinin də hökumətin iclasına buraxılmamasının nəzərdə tutulması hakimiyyətin baş nazirin əlində cəmləşməsindən xəbər verir. Bu dəyişikliyə əsasən, nazirlər yalnız baş nazirin icazəsi ilə müsahibə verə bilərlər.
 
"Bu müddəalar nazirlərin də sərbəstlik səviyyəsini məhdudlaşdırır və onları sadəcə, baş nazirin əsgərciklərinə çevirir”, - deyə deputat Ararat Mirzoyan vurğulayır. Müxalifət və hüquq müdafiə nümayəndələri bu dəyişikliyi Ermənistanın demokratiya sahəsində geriləməsi kimi qiymətləndirirlər. Bu dəyişikliklər də baş nazir vəzifəsinə Serj Sarkisyanın təklif ediləcəyini ehtimal etməyə əsas verir. "Prezident Serj Sarkisyan jurnalistlərlə görüşməyi xoşlamır, Prezident Aparatından məlumat almaq da olduqca müşkül işdir”, - deyə BBC yazır.
 
Konstitusiyaya əsasən, prezident növbəti və növbədənkənar parlament seçkilərini təyin edir, 21 gün ərzində parlament tərəfindən qəbul olunan qanunları imzalayır. Lakin o, Milli Məclisi buraxıb yeni seçkilər təyin etmək hüququna malik deyil. Konstitusiya üzrə nəzərdə tutulan surətdə prezident hökumətin istefasını qəbul edə və baş nazirin təklifi ilə Nazirlər Kabinetinin tərkibini dəyişdirə bilər.

Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000