• cümə, 19 Aprel, 00:59
  • Baku Bakı 18°C

Ermənistanda atışmada yaralananların xəstəxanada boğazları kəsildi

29.04.20 11:30 630
Ermənistanda atışmada yaralananların xəstəxanada boğazları kəsildi
Ermənistanın Qavar rayonundə baş vermiş atışma nəticəsində iki nəfərin qətlindən sonra şəhərdə vəziyyət gərginləşib.
Bu barədə "Report” "NEWS.am”a istinadən xəbər verir.
Məlumata görə, atışmada öldürülən hərbi polisin müstəntiqinin qohumları xəstəxanaya gələrək silahlı insident zamanı yaralanan şəxslərin hər ikisinin boğazlarını kəsməklə onları qətlə yetiriblər. Qeyd edilir ki, xəstəxanada öldürülən şəxslərArmenvəXaçikadlı qardaşlardır.
Məlumata görə, rayonda nəzarət altından çıxmış vəziyyəti idarə etmək üçün hadisə yerinə Qavar polisinin rəisiArman Sarkisyangəlib.
"NEWS.am” bildirib ki, xəstəxanada vəziyyət elə gərginləşib ki, hətta müstəntiqlər ora daxil olabilmirlər. Atışma nəticəsində yaralananlardan biri əməliyyat edilir, digəri isə ağır vəziyyətdə Yerevana aparılır.
Agentlik atışmanın bəzi təfərratlarını əldə edib. Qeyd edilir ki, iki nəfərin öldürüldüyü atışmadan sonra insident zamanı yaralanan digər iki nəfər Yerevana çatdırılıb. Hadisə yerindən qaçmış başqa iki nəfər yolda qəzaya düşüb. Onlar Qavar xəstəxanasına çatdırılıblar, xəstəxanada isə hərbi müstəntiqin qohumları bura gələrək qəzadayaralananların boğazlarını kəsiblər.
"Armlur.am”ın məlumatına görə, dəmir alətlərlə silahlanmış bir qrup şəxs polis əməkdaşlarının oolduğu xəstəxanaya soxulublar. Onlar xəstəxananın əmlakını dağıtmağa başlayıblar, bundan sonra polis kordonunu yararaq palataya giriblər və yaralıların boğazını kəsiblər.
Dəstə üzvləribundan sonra xəstəxananı tərk ediblər. Yerli qubernatorQnel Sanosyanisə bildirib ki, xəstəxanaya500-ə yaxın insan soxulub.
Qeyd edək ki,hadisə Qeqarkuniksk vilayətində baş verib. İlkin məlumatda bildirilirdi ki,Qavar rayonunda qeydə alınan silahlı insident nəticəsində 2 nəfər öldürülüb, daha 4 nəfər yaralanıb.
Hadisə zamanı öldürülənlərdən biri hərbi polisin müstəntiqidir.
banner

Oxşar Xəbərlər