• cümə, 29 Mart, 00:13
  • Baku Bakı 7°C

Ermənistanda 5 nəfər dəm qazından zəhərlənərək ölüb

17.11.19 12:15 1037
Ermənistanda 5 nəfər dəm qazından zəhərlənərək ölüb
Ermənistanda yaşlı bir qadının və dörd uşağın dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.
Trend-in məlumatına görə, bu barədə İstintaq komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.
N.Arutyunyanın sözlərinə görə, hadisə Yerevandan 25 kilometr məsafədə Nor-Açin şəhərində baş verib:"Mənzillərin birində 77 yaşlı qadının və dörd azyaşlı uşağın meyiti tapılıb".
Hadisə ilə bağlı cinayət işi başlanılıb.
N.Arutyunyan qeyd edib ki, ilkin məlumata görə, beş nəfərin ölümü dəm qazından zəhərlənmə nəticəsində baş verib.

banner

Oxşar Xəbərlər