• cümə axşamı, 28 mart, 22:51
  • Baku Bakı 13°C

Ermənistan XİN Şuşa və Laçından reportaj hazırlayan rusiyalı jurnalistin akkreditasiyasını ləğv edib

08.10.20 16:03 645
Ermənistan XİN Şuşa və Laçından reportaj hazırlayan rusiyalı jurnalistin akkreditasiyasını ləğv edib

Ermənistan XİN rusiyalı jurnalist İlya Azarın akkreditasiyasını ləğv edib.
APA-nın xəbərinə görə, bu barədə İlya Azar özünün "Facebook” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, buna Şuşa və Laçından hazırladığı və "Novaya qazeta”da yayımlanan "Cənub qapısında müharibə” adlı reportajı səbəb olub.
İ. Azar qeyd edib ki, reportaj "ermənilərin vətənpərvərlik hisslərinə toxunub və azərbaycanlıların xoşuna gəlib”.
2011-ci ildən Azərbaycanda "arzuolunmaz şəxs” elan olunduğunu xatırladan jurnalist Ermənistanda akkreditasiyasının ləğvini söz azadlığına maneə kimi qiymətləndirib.
Reportajla aşağıdakı linkdən tanış olmaq olar:
https://novayagazeta.ru/articles/2020/10/07/87416-voyna-u-yuzhnyh-vorot
banner

Oxşar Xəbərlər