• cümə, 19 Aprel, 11:24
  • Baku Bakı 13°C

Ermənistan tez bir zamanda sülh danışıqlarına başlamalıdır - Azərbaycan XİN

06.02.15 07:51 1038
Ermənistan tez bir zamanda sülh danışıqlarına başlamalıdır - Azərbaycan XİN
“Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, işğalçı silahlı qüvvələr Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər”

Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın fikirlərinə cavab olaraq deyib.
H. Hacıyev bildirib ki, mahiyyətsiz, boş və demaqogiya xarakterli bəyanatlar vermək əvəzinə, Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır.
banner

Oxşar Xəbərlər