• cümə, 29 Mart, 16:21
  • Baku Bakı 14°C

Ermənistan silahlı qüvvələri atəşkəsi 116 dəfə pozub

29.05.17 09:40 706
Ermənistan silahlı qüvvələri atəşkəsi 116 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
APA-nın FHN-in saytəna istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonununAğdam, Ağbulaq və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt,Ağdamrayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Mərzili, Kəngərli, Yusifcanlı, Novruzlu,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli vəCəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər,Ağdam,Xocavənd,FüzulivəCəbrayılrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər