• cümə, 29 Mart, 19:15
  • Baku Bakı 14°C

Ermənistan silahlı bölmələri pulemyotlar, qumbaraatanlar və minaatanlarla atəşkəsi pozub

18.06.17 12:30 836
Ermənistan silahlı bölmələri pulemyotlar, qumbaraatanlar və minaatanlarla atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan da (56 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Məzəm və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonununAğdamvə Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt,Ağdamrayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Mərzili,Füzulirayonunun Aşağı Veysəlli, Qərvənd, Qorqan, Kürdlər, Horadiz,Cəbrayılrayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,AğdamvəFüzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər