• cümə, 19 Aprel, 06:00
  • Baku Bakı 13°C

Ermənistan silahlı bölmələri atəşkəsi 83 dəfə pozub

29.07.18 09:48 365
Ermənistan silahlı bölmələri atəşkəsi 83 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 83 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonununAğdamkəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli və Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt,Ağdamrayonunun Nəmirli, Şuraabad, Abdinli, Kəngərli, Mərzili,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər vəAğdamrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər