• çərşənbə axşamı, 16 aprel, 11:49
  • Baku Bakı 14°C

Ermənistan silahlı bölmələri atəşkəsi 136 dəfə pozub

19.03.17 12:21 670
Ermənistan silahlı bölmələri atəşkəsi 136 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 136 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Barekamavan, İcevan rayonunun Vazaşen kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı, Kəmərli, Bala Cəfərli və Cəfərli kəndlərində, Berd rayonunun Çinari, Ayqepar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt,Ağdamrayonunun Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Cəvahirli, Mərzili, Şıxlar,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli,Cəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər,Xocavənd,FüzulivəCəbrayılrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər